50+
Yetişdirilmiş Treyder
TƏSISÇI HAQQINDA
Nurlan Məmmədov — BlackVault Academy-nin Təsisçisi
2017-ci ildə universitetdə akademik bir məqalə üzərində araşdırma apararkən maliyyə bazarları və onların hərəkət mexanizmlərinə həsr olunmuş mövzu diqqətimi ciddi şəkildə cəlb etdi. Həmin andan etibarən maliyyə bazarları mənim üçün sadəcə maraq deyil, uzunmüddətli intellektual araşdırma sahəsinə çevrildi. Magistratura təhsilimi başa vurduqdan sonra doktorantura səviyyəsində bu istiqamətdə davam etdim.
Sonrakı illərdə müxtəlif investisiya şirkətlərində və startaplarda treyder, alqoritmik ticarət üzrə developer, bazar analitiki və trainer kimi fəaliyyət göstərdim. Bu dövr ərzində həm uğurlu nəticələr əldə etdim, həm də uğursuzluqlarla qarşılaşdım. Hər ikisi eyni dərəcədə vacib idi — çünki nəzəri bilik ilə real bazar arasındakı fərqi məhz bu təcrübələr formalaşdırdı. 2021-2022-ci illərdən etibarən isə bu təcrübəni sistemli şəkildə başqalarına ötürməyə başladım.
BlackVault bu illərdə toplanmış bilik, təcrübə və müşahidələrin üzərində quruldu. Şirkət ilk aylarından investor marağı ilə qarşılaşdı və müxtəlif maliyyə təklifləri aldı — bunları qəbul etmədik. Öz tempimizlə, öz prinsiplərindən güzəştə getmədən inkişaf etməyi seçdik.
Məqsədimiz hazır cavablar vermək deyil — treyderin öz cavablarını tapa biləcəyi düşüncə və qərarvermə sistemini formalaşdırmaqdır.